Ucarda yük avtomobili yandı

Ucarda yük avtomobili yandı

Hazırda oxunan: Ucarda yük avtomobili yandı

635144

Ucarda ağır tonnajlı yük avtomobili yanıb.

Bizim.Media xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan kabellə yüklənmiş ağır tonnajlı yük avtomobili anidən alışaraq yanıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadası cəlb olunaraq yanğın söndürülüb.

Baş vermiş hadisə zamanı müəyyən müddətə yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Müvafiq qurumlar tərəfindən artıq avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO