Astarada başına boru düşən Cəlilabad sakini vəfat etdi

Astarada başına boru düşən Cəlilabad sakini vəfat etdi

Hazırda oxunan: Astarada başına boru düşən Cəlilabad sakini vəfat etdi

635068

Cəlilabad sakini Astarada bədbəxt hadisə nəticəsində ölüb.

Bizim.Media xəbər verir ki, hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəran kəndində qeydə alınıb.
 

Belə ki, Cəlilabad rayonunun Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov vətəndaşa məxsus həyətyanı sahədə artezian quyusu qazarkən başına boru düşüb. R. Kərimovun yanında işləyən həmkəndliləri onu təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.


Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, mərhum ailəli olub və himayəsində iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO