Tovuzda motosikletçi xəstəxanalıq oldu

Tovuzda motosikletçi xəstəxanalıq oldu

Hazırda oxunan: Tovuzda motosikletçi xəstəxanalıq oldu

635059

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb.

Tovuz rayon sakini Elvin Hüseynov idarə etdiyi “Ford” markalı avtomobillə hərəkətdə olarkən Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosikletlə toqquşub.
 

Qəza zamanı motosikletin sürücüsü Tural Şabanov müxtəlif dərəcəli yüngül xəsarətlər alaraq hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib, hazırda onun vəziyyəti stabil qiymətləndirilir.


Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO