
- A-
- A
- A+
Cəmiyyət
08:49 / 06.09.2026
Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - ÖZƏL
Hazırda oxunan: Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - ÖZƏL
635032
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gecə saatlarında, saat 00:20 radələrində Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Quba rayon sakini, 24 yaşlı Seyfəlmülk Telman oğlu Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılaraq aşıb.
Qəza zamanı sürücü və sərnişini — 26 yaşlı Roman Eynulla oğlu Ramazanov müxtəlif dərəcəli xəsarətlər alıblar. Digər sərnişin 26 yaşlı Sənan Samir oğlu Ramazanov aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktı Quba rayon polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































