Qusarda sakinlər icra başçısı ilə görüşdə iki əsas məsələni qaldırdı - FOTO

Qusarda sakinlər icra başçısı ilə görüşdə iki əsas məsələni qaldırdı - FOTO

Hazırda oxunan: Qusarda sakinlər icra başçısı ilə görüşdə iki əsas məsələni qaldırdı - FOTO

634849

Qusar rayonunda vətəndaşların müraciətlərinin dinlənilməsi, problemlərinin həlli məqsədilə rayon icra hakimiyyəti başçısının yerlərdə sakinlərlə görüşləri mütəmadi xarakter daşıyır.

Növbəti səyyar qəbul Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, RİHB Aparatının məsul şəxslərinin, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlərin iştirakı ilə rayonun Zindanmuruqqışlaq kəndində keçirilmişdir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səyyar qəbul zamanı sakinlər suvarma suyunun çatışmazlığının aradan qaldırılması, kənddə elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması, köhnəlmiş elektrik xətlərinin və dirəklərinin yenilənməsi, artezian quyusuna gedən 10 KV-luq elektrik xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Həmçinin suvarma suyunun bol olduğu dövrlərdə artıq suyun ərazidən çıxarılması üçün müvafiq çıxışın yaradılması və suvarma suyunun əkin sahələrinə çatdırılması üçün yolun çəkilməsi məsələləri də qaldırılmışdır. 

İcra başçısı qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Əhali ilə mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən sakinlər onlara göstərilən diqqət və qayğıya, rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, infrastruktur layihələrinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO