Qusarlı şəhid Şair Heydərovun üzünü görmədiyi 4 yaşlı qızı Yeganə atasının doğum gününü onun fotosu önündə qeyd edib. Şəhid qızının atasının fotosu qarşısında keçirdiyi kövrək anları həyat yoldaşı Zöhrə Heydərova lentə alıb.
Zöhrə Heydərova Bizim.Media-ya bildirib ki, 2022-ci il sentyabrın 12-13-də baş verən döyüşlər zamanı şəhid olan Şair Heydərovun ötən gün 28 yaşı tamam olub.
Şəhidin həyat yoldaşı deyib:
“Şair xidmətdə olarkən özü demişdi ki, qızım olsa, adını Yeganə – anamın adını qoyarsınız. Qızım Şair şəhid olandan iki ay sonra – noyabrın 26-da dünyaya gəldi. Şairin arzusuna əməl edib uşağın adını Yeganə qoyduq. Yeganə hər dəfə atasının şəklinə baxanda “Ata, evimizə gəl” deyir. Bu dəfə də bizi kövrəltdi”.
Qeyd edək ki, Qusarın Mucuq kəndində anadan olan Şair Camal oğlu Heydərov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.
O, 2022-ci ildə Laçın istiqamətində baş verən döyüşlər zamanı şəhid olub. Şair Heydərov ailənin tək oğlu, iki bacının yeganə qardaşı olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
18:39 / 04.09.2026
Şəhid qızının atasının doğum günündə duyğulu anları – VİDEO
Hazırda oxunan: Şəhid qızının atasının doğum günündə duyğulu anları – VİDEO
Hazırda oxunan: Şəhid qızının atasının doğum günündə duyğulu anları – VİDEO
634848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































