
- A-
- A
- A+
Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO
Bloger və influenserlər üçün yeni fəaliyyət kodu yaradılıb.
Bizim.Media Xəzər TV-yə istinadla xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, məqsəd sosial media və digər rəqəmsal platformalardan gəlir əldə edən şəxslərin fəaliyyətini ayrıca uçota almaqdır.
Xidmətin idarə rəisinin müavini Günel Bəhramqızı bildirib ki, yenilik bu sahədə iqtisadi dövriyyənin daha dəqiq müəyyənləşdirilməsinə və statistik məlumatların dolğun formalaşdırılmasına imkan verəcək. Bu şəxslərin vergi dərəcələri və mövcud öhdəlikləri isə dəyişmir.
Əslində sosial media üzərindən qazanc əldə edənlərin həmin gəlirləri rəsmiləşdirmək və vergi öhdəliklərini yerinə yetirmək tələbi əvvəllər də mövcud idi. Lakin, onların fəaliyyəti ayrıca təsnif edilmədiyindən bu sahədə yaranan ümumi dövriyyəni və büdcəyə ödənilən vergiləri dəqiq müəyyənləşdirmək çətinləşirdi.
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, yeni yanaşma mövcud öhdəlikləri artırmadan rəqəmsal gəlirlərin ayrıca statistik mənzərəsini formalaşdıracaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































