“BMW X5”lə qadını vuraraq öldürən şəxsə 5 il HƏBS CƏZASI

“BMW X5”lə qadını vuraraq öldürən şəxsə 5 il HƏBS CƏZASI

Hazırda oxunan: “BMW X5”lə qadını vuraraq öldürən şəxsə 5 il HƏBS CƏZASI

634548

Xətai Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Naib İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İsmayılov Naib Xaqani oğlu etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə olan “BMW X5” markalı avtomobili 2025-ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 91 ünvanının yaxınlığında 70-80 km/saat sürətlə idarə edib.

O, yol şəraitini, qarşıda piyada keçidinin olmasını və həmin keçidə yaxınlaşan digər avtomobilin piyadalara görə sürətini azaltmasını nəzərə almalı olduğu halda bunu etməyib.

Belə ki, sürücü yaşayış məntəqəsində avtomobili 60 km/saatdan artıq sürətlə idarə edib və qarşısında hərəkətdə olan nəqliyyat vasitəsinə yaxınlaşıb. Bildirilir ki, həmin avtomobilin hərəkət trayektoriyasını və piyada keçidində yaranmış vəziyyəti nəzərə alaraq vaxtında tədbir görməklə nəqliyyat vasitəsini dayandırmaq, yaxud toqquşmanın qarşısını almaq mümkün olub. Lakin Naib İsmayılovun bu imkandan istifadə etməyib, avtomobili sağa istiqamətləndirməyib və nəticədə hadisənin qarşısını ala bilməyib.

Beləliklə, o, sağdan sola doğru nizamlanmayan piyada keçidi ilə hərəkət edən piyadalar – zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) və Elnarə Abudovanı avtomobilin ön orta hissəsi ilə vurub.

Qəza nəticəsində S.S. sağ bazu sümüyünün sınığı və sol qaş nahiyəsinin əzilmiş yarası xəsarətləri alıb. Digər zərərçəkmiş Elnarə Abudova isə başın və bədənin küt travması, baş-beyin əzilməsi, başın sol alın-təpə-gicgah nahiyəsində dərialtı hematoma, hər iki göz ətrafında dərialtı hematomalar və bədənin çoxsaylı sıyrıqları ilə müşayiət olunan xəsarətlər alıb. Nəticədə yol-nəqliyyat hadisəsi Elnarə Abudovanın hadisə yerində ölməsi ilə nəticələnib.

Naib İsmayılovun yol hərəkəti qaydalarını ehtiyatsızlıqdan pozaraq bir nəfərin ölümünə və digər şəxsin az ağır xəsarət almasına səbəb olduğu bildirilir. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO