
- A-
- A
- A+
Cəmiyyət
22:48 / 02.09.2026
Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI
Hazırda oxunan: Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI
634504
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Nepalda ötən həftə baş verən sel fəlakətində ölənlərin sayının 1204-ə yüksəldiyi, 4216 nəfərin isə hələ də itkin olduğu bildirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumu (NDRRMA) açıqlama verib.
Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Sel sularının apardığı 8 müxtəlif ərazidən meyitlərin çıxarıldığı bildirilib.
Fəlakət nəticəsində 301 nəfərin yaralandığı, helikopterlərin də iştirak etdiyi xilasetmə əməliyyatları zamanı 11993 nəfərin təxliyə edilərək xilas edildiyi açıqlanıb.
Hazırda 4216 nəfər itkin hesab olunur. İtkinlər arasında təxminən 900 hidroelektrik stansiya əməkdaşı və 583 xarici ölkə vətəndaşının olduğu bildirilir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































