
- A-
- A
- A+
Cəmiyyət
22:00 / 02.09.2026
Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı
Hazırda oxunan: Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı
634495
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Paytaxt sakini polisə müraciət edərək sosial şəbəkələrin birində dələduzluqla üzləşdiyini bildirib.
Bizim.Media xəbər verir ki, o, “TikTok” sosial şəbəkəsində özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanı görərək ona müraciət edib.
Elan sahibi zərərçəkəni övladındakı “cini çıxaracağı” vədi ilə aldadaraq 3500 manat maddi vəsaitini ələ keçirib.
Zərərçəkənin şikayəti əsasında Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı L.İsmayılova müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (axşam.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































