
- A-
- A
- A+
Cəmiyyət
21:00 / 02.09.2026
Şəkidə fərdi yaşayış evi əşyalarla birlikdə yandı - FOTO
Hazırda oxunan: Şəkidə fərdi yaşayış evi əşyalarla birlikdə yandı - FOTO
634485
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şəkidə fərdi yaşayış evində yanğın hadisəsi olub.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, rayonun Çələbixan qəsəbəsində axşam saatlarında Vüqar Barat oğlu İbadova məxsus fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin 45 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































