“Artıq 31 ildir ki, İsraildə yaşayıram. Hazırda İsraildə hərbi zavodda işləyirəm”.
Bizim.Media xəbər verir ki, bunu “modern.az”a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantiq Aqarunov deyib.
İsrailin Akko şəhərində yaşayan Rantiq Aqarunov hazırda hərbi zavodda çalışdığını bildirib:
Rantiq Aqarunov hər il şəhid qardaşı Albert Aqarunovun ad günü və şəhid olduğu gündə Azərbaycana getdiyini söyləyib:
Sayta müsahibəsində İsraildəki həyatından, Vətən sevgisindən və ailəsinin Azərbaycana bağlılığından danışıb.
“Bu illər ərzində elə bir vaxt olmayıb ki, doğma torpaqlarımı ziyarət etməyim. Yalnız bir il koronavirus pandemiyası (karantin) səbəbindən gələ bilməmişdim. Ailəmizdən təkcə mən yox, bacılarım və qardaşlarım da var. Buna baxmayaraq, ailəlikcə tez-tez Azərbaycana gedib-gəlir, doğma torpaqlarımızla əlaqəmizi heç vaxt kəsmirik”.
Qeyd edək ki, bu gün İsrailin Akko şəhərinin bələdiyyə sədri şəhərdə Albert Aqarunovun adına lövhə qoyulacağını deyib.

Bizim.Media



































































































