Əncirin içində həqiqətən arı var?— Məşhur iddiaya aydınlıq gətirildi

Əncirin içində həqiqətən arı var?— Məşhur iddiaya aydınlıq gətirildi

Hazırda oxunan: Əncirin içində həqiqətən arı var?— Məşhur iddiaya aydınlıq gətirildi

634447

Əncirin içində ölü arı olduğu barədə iddia uzun illərdir sosial şəbəkələrdə və cəmiyyətdə müzakirə olunur. Lakin mütəxəssislərin açıqlamalarına görə, bu fikir bütün əncirlərə şamil edilə bilməz.

Bizim.Media xəbər verir ki, bəzi yabanı əncir növlərinin çoxalması xüsusi əncir arıları ilə qarşılıqlı əlaqədən asılıdır.

Ölçüsü bir santimetrdən də kiçik olan bu arılar meyvənin daxilinə daxil olaraq tozlanma prosesində iştirak edirlər. Bu proses biologiyada qarşılıqlı faydaya əsaslanan əlaqə, yəni mutualizm kimi tanınır.
 

Lakin bazarlarda və marketlərdə satılan mədəni əncirlərin böyük hissəsi partenokarpik xüsusiyyətə malikdir. Bu o deməkdir ki, həmin əncirlər tozlanma və əncir arısının iştirakı olmadan da meyvə verə bilir.Bu səbəbdən istehlak etdiyimiz kommersiya əncirlərinin içində mütləq ölü arı olduğu fikri doğru deyil.


Bəs əncirin içindəki xırda hissəciklər nədir? Mütəxəssislər bildirirlər ki, bu hisslər böcək qalıqları deyil, meyvənin öz toxumlarından qaynaqlanır.

Yabanı əncirin bəzi növlərində isə tozlanmada iştirak edən arı meyvənin daxilində qalmır. Meyvənin tərkibində olan təbii fermentlər həşəratın üzvi toxumalarının parçalanmasına səbəb olur və həmin maddələr meyvənin tərkibinə qarışır.

Beləliklə, “hər əncirin içində ölü arı var” fikri elmi baxımdan düzgün deyil. Bu, əncirin müəyyən yabanı növlərində müşahidə olunan bioloji prosesin bütün əncirlərə aid edilməsi nəticəsində yaranmış yanlış təsəvvürdür. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO