Əmək qanunvericiliyinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu zaman işçinin yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınır.
Bildirilib ki, 16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.
"16 yaşdan 18 yaşadək işçilər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə və yaşyarımadək uşağı olan qadınlar, həmçinin 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün isə həftəlik iş vaxtı 36 saatdan çox ola bilməz.
Eyni qayda fiziki, kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli digər ağır istehsalat amillərinin mövcud olduğu əmək şəraitində çalışanlara, eləcə də yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi yaradan iş yerlərində çalışan şəxslərə də şamil edilir", - məlumatda bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:08 / 02.09.2026
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu AÇIQLANDI – RƏSMİ
Hazırda oxunan: Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu AÇIQLANDI – RƏSMİ
Hazırda oxunan: Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu AÇIQLANDI – RƏSMİ
634443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































