Ev şəraitində pulsuz gübrə hazırlamağın sadə üsulu

Ev şəraitində pulsuz gübrə hazırlamağın sadə üsulu

Hazırda oxunan: Ev şəraitində pulsuz gübrə hazırlamağın sadə üsulu

634427

Mətbəxdə tullantı sayılan banan qabıqları bitkilər üçün təbii qida mənbəyinə çevrilə bilər.

Bizim.Media xəbər verir ki, bağçılıq mütəxəssisləri banan qabığını sirkə ilə qarışdıraraq faydalı gübrə hazırlamağı tövsiyə edirlər.

Qabığın tərkibindəki kalium, fosfor və maqnezium bitkilərin inkişafını sürətləndirir. Sirkə isə qabıqların parçalanmasını təmin edərək zəngin mineralların mayeyə rahat keçməsinə şərait yaradır.
 

Hazırlanma qaydası olduqca sadədir. Banan qabıqlarını qaba qoyub üzərini örtənədək alma və ya ağ sirkə əlavə etmək lazımdır. Qarışıq 48 saat saxlandıqdan sonra süzülür. Alınan maye mütləq bərabər miqdarda su ilə seyreldilməlidir. Gübrəni zəifləmiş bitkilərə həftədə bir dəfə vermək kifayətdir.


Yüksək turşuluq torpağı yandıra bilər. Bu səbəbdən məhlulu seyrəltmədən istifadə etmək və ya yarpaqlara püskürtmək olmaz. Qarışıq hortensiya, azaleya, orkide, çiyələk və pomidor kimi turşusevər bitkilər üçün daha uyğundur. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO