Müasir kardiologiyada qəhvə ürəyin düşməni hesab edilmir və mülayim istehlak edildikdə faydalı və ya neytral içkidir.
Bizim.Media xəbər verir ki, bunu Rusiyada, Piroqov Universitetinin dosenti, tibb elmləri namizədi Elvira Xaçirova deyib.
Onun sözlərinə görə, gündə 3–5 fincan (təxminən 300–400 mq kofein) qəhvə içmək ürək üçün təhlükəsiz və faydalı hesab olunur:
“Optimal effekt 2–5 fincan aralığında müşahidə olunur. Genişmiqyaslı araşdırmalar göstərir ki, gündə 3–5 fincan qəhvə içmək ürək-damar xəstəlikləri riskini 15%-dək azalda bilər. Avropa Kardioloqlar Cəmiyyəti də mülayim istehlakın (gündə 3–4 fincan) zərərli olmadığını qeyd edib.
Nəzarət olunmayan hipertoniyası, qeyri-stabil stenokardiyası və ya digər ağır ürək-damar xəstəlikləri olan şəxslər həkimlə məsləhətləşməlidirlər, bəzi hallarda isə qəhvədən tamamilə imtina etməlidirlər.
İnsanların 40–50%-i kofeini "yavaş" metabolizə edir (CYP1A2 geni səbəbindən). Bu cür insanlarda hətta bir fincan qəhvə belə ürəkdöyüntüsü, həyəcan və yuxusuzluq yarada bilər”.
O vurğulayıb ki, süzülməmiş qəhvə "pis" xolesterinin səviyyəsini artıra bilər, süzülmüş qəhvədə isə bu təsir yoxdur. Həmçinin çoxlu şəkər, qaymaq və sirop əlavə etmək qəhvənin faydasını itirə bilər.
Bizim.Media






























































































