
- A-
- A
- A+
Cəmiyyət
19:14 / 01.09.2026
Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək
Hazırda oxunan: Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək
634256
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı buxtasının Dənizkənarı Milli Parkın akvatoriyasına düşən hissəsində suyun səthinin neft ləkələrindən, eləcə də neft əsaslı digər üzvi tullantılardan təmizlənməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bununla bağlı "Dənizkənarı Bulvar İdarəsi" QSC (DBİ) hazırlıqlara başlayıb.
İdarə bunun üçün Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinə 1,77 milyon manat ödəyəcək.
Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır.
İdarə Dənizkənarı Milli Parkın ərazisinə nəzarət və onun idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































