Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə MÜRACİƏT

Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə MÜRACİƏT

Hazırda oxunan: Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə MÜRACİƏT

634233

Havaların tədricən soyuması və bağçalarda tədris prosesinin başlaması ilə uşaqların qapalı və kollektiv mühitdə daha çox təmasda olması mövsümi respirator infeksiyaların yayılması üçün şərait yarada bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu, ilin həmin dövrü üçün xarakterik olan adi haldır və müvafiq gigiyena qaydalarına əməl etməklə riskləri azaltmaq mümkündür:

“Valideynlərə tövsiyə olunur ki, uşaqların yaşına uyğun immunizasiyasının vaxtında aparılmasına, düzgün qidalanmasına, yuxu rejiminə riayət olunmasına və şəxsi gigiyena qaydalarına əməl etməsinə diqqət yetirsinlər. Uşaqda qızdırma, öskürək, səpgi, qusma və ya ishal kimi əlamətlər müşahidə olunarsa, onun tam sağalana qədər bağçaya aparılmaması və zərurət olduqda həkimə müraciət edilməsi məqsədəuyğundur”.

Qeyd edilib ki, bağçalarda otaqların mütəmadi havalandırılması, təmizlik və şəxsi gigiyena qaydalarına riayət olunması, eləcə də xəstəlik əlamətləri olan uşaqların vaxtında müəyyənləşdirilməsi infeksiyaların yayılma riskini azaltmağa kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO