Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutdu – FOTO

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutdu – FOTO

Hazırda oxunan: Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutdu – FOTO
634228
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutub.

Bu barədə Bizim.Media-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bəy Sərdar Ramazanov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

O, müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Toy mərasiminə qatılan kənd sakinləri və müxtəlif bölgələrdən gələn qonaqlar, gənc ailəyə xeyir-dua verərək, bu xoş günün yaşanmasını gerçəyə çevirən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, Vətən uğrunda sağlamlığını itirərək bu torpaqların azadlığına töhfə verən qazilərin minnətdarlıqlarını bildiriblər.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO