Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

634223

Azərbaycanda həm kişilər, həm də qadınlar 65 yaşda əmək təqaüdünə çıxırlar. Bununla yanaşı, pensiya yaşına çatdıqdan sonra da işləyən şəxslər var. Həmin şəxslərin ödədiyi sosial sığorta haqları onların gələcək pensiyasına təsir edir. İşləyən pensiyaçının adına ödənilən sosial sığorta haqları fərdi hesabında əlavə pensiya kapitalı yaradır.

Bəs təqaüd yaşında işləyənlərin təqaüdünə bu müddət necə təsir edir? 

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduqdan sonra da işləməyə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqql 72-yə, (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Bəs yaşa görə əmək pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməyə 2 il, 3 il, yəni 6 ilədək müddətə davam edib daha sonra öz xahişi ilə işdən azad edildikdə, 2 və ya 3 ilin pensiya kapitalı nece hesablanır?

Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-nın sorğusuna cavab olaraq qeyd edilib ki, qanunvericiliyə əsasən vətəndaşa əmək pensiyası təyin edilən gündən sonra o, 6 il işlədikdə və ya 6 ildən az işləyərək işdən çıxdıqda onun əmək pensiyası işlədiyi müddətdə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq yenidən hesablanır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO