Bu şəxslərin təhsil haqqı dövlət hesabına ödəniləcək – YENİLİK

Bu şəxslərin təhsil haqqı dövlət hesabına ödəniləcək – YENİLİK

Hazırda oxunan: Bu şəxslərin təhsil haqqı dövlət hesabına ödəniləcək – YENİLİK

634206

Bu tədris ilindən minatəmizləmə fəaliyyəti zamanı həlak olan şəxslərin övladları üçün yeni təhsil güzəşti tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, aprelin 27-də qəbul olunan qanunla təsbit edilən dəyişikliklər sentyabrın 15-dən tətbiq ediləcək.

Qanuna əsasən, minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatın işə düşməsi nəticəsində həlak olan və ya aldığı xəsarət səbəbindən sonradan həyatını itirən minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

Güzəşt dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan həmin şəxslərin övladlarına şamil ediləcək.

Həmçinin, imtiyaz bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) aid ediləcək.

Xatırldaq ki, bu il 58947 nəfər (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı təhsil almaq hüququ əldə edib.

Qeyd edək ki, ölkəmizdə məcburi köçkün statuslu şəxslər, hər iki valideyni vəfat etmiş, bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailəsi statusu olan şəxslər, şəhid və müharibə əlillərinin övladları, həmçinin müharibə veteranları dövlət büdcəsi vəsaiti hesabına təhsil almaq hüququna malikdirlər.

Günay Şahmar, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO