Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Bəşir Bəşirov 1 il 1 ay müddətə azadlıqdan məhrum edilib. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun ziyanın böyük bir qismini ödəməsi nəzərə alınıb.
Qeyd edək ki, iş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bəşir Bəşirovun cinayət işinin istintaqı öncə Hərbi Prokurorluqda aparılıb, sonradan ibtidai istintaq araşdırması Baş Prokurorluğa həvalə edilib.
İttihama görə, təqsirləndirilən Bəşir Bəşirov vətəndaşların etibarından sui-istifadə edərək səkkiz nəfərin 185.000, 30.000, 24.280, 23.000, 17.000, 16.500, 16.100 manat olmaqla, ümumilikdə 312 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirib.
Bəşir Bəşirov 2020-ci ildə ləğv edilmiş Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçusu olub, sonradan ehtiyata buraxılıb. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:24 / 01.09.2026
Dələduzluğa görə tutulan mayora hökm oxundu
Hazırda oxunan: Dələduzluğa görə tutulan mayora hökm oxundu
Hazırda oxunan: Dələduzluğa görə tutulan mayora hökm oxundu
634180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































