Ağdaşda bədbəxt hadisə baş verib. 31 yaşlı kişini qatar vuraraq öldürüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qəbələ dəmir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Kotanarx kənd sakini 1995-ci il təvəllüdlü Kərimli Bədəl Məzahir oğlu həmin ərazidə dəmir yolundan keçmək istəyərkən ehtiyatsızlıq edib və onu qatar vurub. Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Mərhumun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:47 / 01.09.2026
Ağdaşda FACİƏ - 31 yaşlı kişini qatar vuraraq öldürdü
Hazırda oxunan: Ağdaşda FACİƏ - 31 yaşlı kişini qatar vuraraq öldürdü
Hazırda oxunan: Ağdaşda FACİƏ - 31 yaşlı kişini qatar vuraraq öldürdü
634172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































