Azərbaycanda 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, onlardan 45-i qız, 44-ü oğlandır.
Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Onu da qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir. Həmçinin onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:13 / 01.09.2026
Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik məlumat yaydı
Hazırda oxunan: Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik məlumat yaydı
Hazırda oxunan: Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik məlumat yaydı
634149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































