Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

Hazırda oxunan: Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

633962

Bakıda kişi həyat yoldaşını döyərək saçını yolub.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
 

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Emin Aslanov (soyad şərtidir - red.) 2006-cı ildə ailə həyatı qurub və onların birgə nikahından iki övladları dünyaya gəlib. Eminin mütəmadi spirtli içkilər qəbul etməsi ailədə narazılığa səbəb olub.


Emin növbəti dəfə içki qəbul edərək evə gələrkən həyat yoldaşından yemək istəyib. Qadın yemək tam bişmədiyi üçün ondan bir müddət gözləməyi xahiş edib. Bu, Eminin xoşuna gəlməyib və evdə dava salıb. O, arvadını döyüb və başını divara vurmağa başlayıb. Həyat yoldaşı baş və bədən nahiyələrindən zədələr alsa da, Emin bununla sakitləşməyib. O, həyat yoldaşının saçından tutaraq evdə sürüyüb və saçını yolub.

Hadisə yerinə polis əməkdaşları gəlib, E.Aslanov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə E.Aslanova altı ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO