Qusarda məktəblini vuran sürücünün kimliyi bilindi

Qusarda məktəblini vuran sürücünün kimliyi bilindi

Hazırda oxunan: Qusarda məktəblini vuran sürücünün kimliyi bilindi

63322

Qusarda 11 yaşlı məktəblini vuran sürücünün kimliyi məlum olub.

Bizim.Media-nın  yerli bürosunun, Qusar Rayon  Polis Şöbəsindən əldə etdiyi məlumata görə, 3-cü sinif şagirdi olan Balamətov Səxavət Zaur oğlu rayonun Urva kənd sakini Ramaldin Nəcməddin oğlu Mustafayevin idarə etdiyi "QAZ-31" markalı avtomobillə vurulub.

MÖVZU İLƏ BAĞLI:

Qusarda 11 yaşlı məktəblini maşın vurdu – Müəlliminə gül aparırmış
 


Sürücü yaralı uşağı dərhal xəstəxanaya çatdırıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasının Mətbuat xidmətimdən verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşən uşaq təcili əməliyyat edilib, ona daxili qanaxma dioqnozu qoyulduğundan qan köçürülüb.

Hazırda vəziyyəti stabildir. Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO