ADY sərnişin qatarlarına daş atanlarla bağlı MƏLUMAT YAYDI - VİDEO

ADY sərnişin qatarlarına daş atanlarla bağlı MƏLUMAT YAYDI - VİDEO

Hazırda oxunan: ADY sərnişin qatarlarına daş atanlarla bağlı MƏLUMAT YAYDI - VİDEO

627108

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dəmir Yollarının hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb.

Bizim.Media ADY-yə istinadən xəbər verir ki, bu hadisələr nəticəsində qatarlara ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb.

"Bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun qaydada cəzalandırılır. Azyaşlıların törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Valideynlərdən xahiş edirik ki, uşaqlarını bu cür təhlükəli hərəkətlərdən çəkindirsin, onlarla dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə söhbət etsinlər,"- qurumun məlumatında bildirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO