İsmayıllıda "Lexus" qəzaya uğradı – Sürücü xəsarət aldı

İsmayıllıda "Lexus" qəzaya uğradı – Sürücü xəsarət aldı

Hazırda oxunan: İsmayıllıda "Lexus" qəzaya uğradı – Sürücü xəsarət aldı

626326

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün saat 07:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 

1970-ci il təvəllüdlü İlham Rəsul oğlu Məmmədovun idarə etdiyi "Lexus" markalı, 77-FG-393 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb.


Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO