6-cı “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatdı - VİDEO

6-cı “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatdı - VİDEO

Hazırda oxunan: 6-cı “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatdı - VİDEO

626175

Altıncı “Yüksəliş” müsabiqəsinin üç gün davam edən final mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, final mərhələsinin üçüncü günündə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, ədliyyə naziri Fərid Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, səhiyyə naziri Teymur Musayev, mədəniyyət naziri Adil Kərimli, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, “Azerconnect Group”un baş direktoru Emil Məsimov, gənclər və idman nazirinin müavini, müsabiqənin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.
 

Finalçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi altında “Yeni təsir gücü: Azərbaycan” adlı keys tapşırığını yerinə yetiriblər. İştirakçılar təqdim etdikləri həll yolları ilə bağlı mentorların suallarını cavablandırıblar və idarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər.


Qiymətləndirmə çərçivəsində hər masaya təyin edilmiş mentor komandada bilik və idarəetmə bacarıqları ilə seçilən bir finalçıya əlavə bal təqdim edib. Həmin bal iştirakçının final mərhələsi üzrə ümumi nəticəsinə əlavə olunub.

Müsabiqənin qaliblərinin adları final mərhələsinin başa çatmasından sonra 5-7 iş günü ərzində açıqlanacaq.

Qeyd edək ki, final mərhələsində müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vurmuş 130 iştirakçı mübarizə aparıb. Finalçılar “İdarəçi rolları modeli” üzrə müxtəlif situasiyaları həll etməklə biliklərini, liderlik keyfiyyətlərini və idarəetmə bacarıqlarını nümayiş etdiriblər.

Altıncı “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün ümumilikdə 17 min 651 nəfər müraciət edib.

Müsabiqənin 20 qalibi bir il müddətində idarəçi rəhbərlərdən, dövlət qurumlarının rəhbərlərindən və iri şirkətlərin top-menecerlərindən fərdi karyera məsləhətləri almaq, kadr ehtiyatı bankına daxil edilmək, həmçinin hər biri 20 min manat məbləğində pul mükafatı qazanmaq imkanı əldə edəcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Altındı müsabiqənin keçirilməsi ilə bağlı müvafiq Sərəncam isə 2025-ci il dekabrın 10-da imzalanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO