Sevgilisinin oğlunu öldürən şəxsə hökm oxundu  

Sevgilisinin oğlunu öldürən şəxsə hökm oxundu  

Hazırda oxunan: Sevgilisinin oğlunu öldürən şəxsə hökm oxundu  
61874
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Goranboyda yeniyetməni döyərək öldürməkdə təqsirləndirilən Anar Məmmədova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.  

İttiham aktına əsasən, 2021-ci il avqustun 13-də Goranboy rayonu ərazisində qeydə alınıb.  

Belə ki, A.Məmmədov qeyri-rəsmi nikahda yaşadığı Gülayət Təhməzovanın oğlu Fərid Təhməzovu kirayə qaldıqları otağın giriş qapısının qarşısında səs-küy saldığı üçün döyərək öldürüb.  
Yeniyetmənin meyiti bir neçə gün sonra Goran qəsəbəsində tapılıb. Daha sonra A.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO