Sonuncu zəvvar qrupları Mədinəni tərk edib - FOTO

Sonuncu zəvvar qrupları Mədinəni tərk edib - FOTO

Hazırda oxunan: Sonuncu zəvvar qrupları Mədinəni tərk edib - FOTO

618288

"Sonuncu zəvvar qruplarının olduğu təyyarə yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə saat 19:40 - red.) səmaya qalxıb".

Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az”a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, son təyyarədə 150-dək sərnişin var:

"Peyğəmbərin (s) şəhəri sayılan Mədinədən səmaya qalxaraq Misir, Türkiyə və Gürcüstan üzərindən uçan təyyarənin gecəyarısından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi planlaşdırılır".
 

Qeyd edək ki, builki həcc ziyarətinə zəvvarların yola salınması mayın 17-də başlayıb. Mayın 31-də zəvvarların ilk qrupu Məkkədən Bakıya qayıdıb. Yerdə qalan zəvvarlar qruplar şəklində iyunun 3-dən etibarən Mədinəyə yollanıblar. Mədinədə 3 gün qaldıqdan sonra onlar Bakıya qayıdıblar.


Xatırladaq ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO