İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 45 yaşlı Xaçmaz sakini Fuad Orucovun nəşi ya bu gün axşam, ya da sabah səhər doğulduğu Yergüc kəndinə gətiriləcək. Bu barədə mərhumun ailəsinə rəsmi qurumlardan məlumat verilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin Yergüc kənd İnzibati Ərazi Dairəsindən Bizim.Media-ya verilən açıqlamada bildirilib ki, F.Orucov sabah doğulduğu kəndin qəbristanlığında son mənzilə yola salınacaq.
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici - "Natra" və "Zirkon" yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 09.06.2026
Azovda həlak olan kapitanın nəşi sabah TORPAĞA TAPŞIRILACAQ - ÖZƏL
Hazırda oxunan: Azovda həlak olan kapitanın nəşi sabah TORPAĞA TAPŞIRILACAQ - ÖZƏL
Hazırda oxunan: Azovda həlak olan kapitanın nəşi sabah TORPAĞA TAPŞIRILACAQ - ÖZƏL
618200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































