Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi - VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi - VİDEO

Hazırda oxunan: Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi - VİDEO

618190

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 84 əcnəbi ölkədən deportasiya edib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında açıqlama verilib.

Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Türkmənistan, Hindistan, Çin, Misir, Azərbaycan, Keniya, Rusiya, Nigeriya, İraq, Kuba, Livan, Pakistan, CAR, Somali və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO