Zaqataladan olan şəhid belə anıldı - FOTO

Zaqataladan olan şəhid belə anıldı - FOTO

Hazırda oxunan: Zaqataladan olan şəhid belə anıldı - FOTO

616258

Bu gün Zaqataladan olan Qarabağ müharibəsi şəhidi Hüseyn Allahyarovun anım günü idi.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidin anım mərasiminə ailə üzvləri, şəhid ailələri, qazilər və çox sayda ictimaiyyət nümayəndəsi qatılıb.

Bildirilib ki, Hüseyn Allahyarov 1993 cü il mart ayının 3-də ordu sıralarına çağrılıb. Müxtəlif döyüş bölgələrində olub, ağır döyüşlərə qatılıb. 1997-ci ilin bu günündə döyüş mövqeyində, Aşağı Abdürəhmanlı istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan güllə nəticəsində şəhidlik zirvəsinə yüksəlib.
 

Anım mərasiminə qatılanlar Hüseynin məktəb illərindən, gəncliyindən, döyüşlərə qatılmasından və keçdiyi şərəfli ömür yolundan bəhs edib, onun qəhrəmanlıqla dolu həyatınndan qürurla bəhs ediblər.


Şəhid anası Səlminaz Allahyarova mərasimə qatılanlara ailəsi adından təşəkkür edib və diqqətə çatdırıb ki, bu vətən hər bir vətəndaşın and yeri, iman yeridir.

Ona görə Hüseynin də vətən uğrunda şəhid olması onun ailə tədbiyəsi və vətənə olan bağlılığından, sədaqətindən irəli gəlirdi.














Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO