Mayın son günü nadir təbiət hadisəsi baş verəcək – gecə səmaya diqqətlə baxın

Mayın son günü nadir təbiət hadisəsi baş verəcək – gecə səmaya diqqətlə baxın

Hazırda oxunan: Mayın son günü nadir təbiət hadisəsi baş verəcək – gecə səmaya diqqətlə baxın

616187

Mayın 31-də nadir astronomik fenomen baş verəcək. Bir ayda ikinci dolunayı, Mavi Ay hadisəsini seyr edəcəyik. Bu, 3,5 ildən bir baş verir və növbəti dəfə 2028-ci ildə səmada görünəcək.

Bu fenomen nədir, nə vaxt və harada müşahidə olunmalıdır və insanlara necə təsir edir – Bizim.Media detalları təqdim edir:

"Mavi Ay" termininin mənşəyi ilə bağlı bir neçə nəzəriyyə mövcuddur. Bir nəzəriyyə, çox nadir bir şeyi ifadə edən ingilis dilindəki "Once in a blue moon" ifadəsinin əski mənalarından qaynaqlanır. Ayın mavi rəng aldığı nadir hallardan yaranmış fikirdir.
 

Yer kürəsinin peyki atmosfer hadisələri səbəbindən vaxtaşırı rəngini dəyişə bilər. Məsələn, böyük vulkan püskürmələrindən sonra, yuxarı atmosferdə kiçik kül hissəcikləri dağıldıqda, ayın işığı mavi və ya hətta yaşılımtıl rəng ala bilər.


31 may, gecə saat təqribən 23:30-24:00-da dünyanın hər yerindən insanlar Mavi Ayı görəcəklər. Buludsuz gecə səmasında ayın rəngi də aydın görünəcək. Xüsusilə şəhər işıqlarından uzaqda – açıq məkanlarda, tarlalarda, təpələrdə və ya su hövzələrinin üzərində müşahidə etmək daha yaxşıdır.

Bəs insanlara mənfi təsiri varmı?

Qədim dövrlərdən bəri əcdadlarımız Ayın fazalarının insanlara əhəmiyyətli dərəcədə təsir etdiyinə inanırdılar. Hətta kənd təsərrüfatı işlərini də bunları nəzərə alaraq planlaşdırırdılar. Lakin elm Yer peykinin fazalarının insan psixikasına və taleyinə birbaşa təsir etdiyinə dair heç bir dəqiq dəlil tapmayıb.
 

Astroloqların fikri elmə ziddir - onlar dolunayın vacib bir dövr olduğuna əmindirlər. Astroloqlar deyirlər ki, həssas insanlar bu müddət ərzində narahatlıq hiss edə bilərlər. Bu, əsassız kədər ola bilər, insan həddindən artıq emosional vəziyyətə girir.


Hər ehtimala qarşı həmin günü zibili şər qarışmadan atın. Səliqə-sahman qurmaq, köhnə əşyalardan qurtulmaq və toksik münasibətlərdən xilas olmağın əsl vaxtıdır. Günü daxili dünyanıza həsr edin. İstənilən mübahisə uzunmüddətli münaqişəyə çevrilə bilər.

Təcili olmadığı təqdirdə tibbi müdaxilələr etdirməyin. Həmin gün radikal saç kəsimi, rəngləmə və ya kosmetik prosedurlar da yaxşı nəticə verməz. Həddindən artıq spirtli içkilərdən və sağlam olmayan qidalardan çəkinin: bədənin dolunay zamanı daha həssas olduğuna və bu dövrdə qida zəhərlənmələrinin daha çox yayıldığına inanılır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO