
- A-
- A
- A+
Cəmiyyət
08:37 / 22.02.2022
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı - FOTO
Hazırda oxunan: Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı - FOTO
0:00
0:00
61228
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Səyyar Hüseynzadənin idarə etdiyi “VAZ-21063” markalı avtomobil nəzarət qaydalarına uyğun olaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan rayon polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitələr olan metamfetamin və marixuana qəbul etdiyi məlum olub.
S.Hüseynzadə barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































