Heykəllərdə kirilcə yazılar hələ də QALIR – QR-kod nə vaxt TƏTBİQ OLUNACAQ?

Heykəllərdə kirilcə yazılar hələ də QALIR – QR-kod nə vaxt TƏTBİQ OLUNACAQ?

Hazırda oxunan: Heykəllərdə kirilcə yazılar hələ də QALIR – QR-kod nə vaxt TƏTBİQ OLUNACAQ?

607058

Ötən il Bakıda bəzi heykəllərin üzərində adların hələ də kiril əlifbasıyla olması məsələsini gündəmə gətirmişdik.

Bununla bağlı Mədəniyyət Nazirliyi Bizim.Media-ya açıqlamada bildirmişdi ki, həmin abidələrin yanında müasir tendensiyalara uyğun, özündə daha çox informasiya daşıyan QR-kodlu məlumat lövhələrinin quraşdırılması imkanları araşdırılacaq. 

Ancaq məsələ hələ də öz aktuallığını saxlayır. Çünki abidələrin üzərindəki yazılar hələ də kiril əlifbasında qalır.  

Bəs sözügedən QR-kodların tətbiqi nə zaman gözlənilir?

Yenidən məsələylə bağlı Nazirliyə sorğu ünvanladıq.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat Katibi Fariz Hüseynli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdi ki, bu barədə yenilik yoxdur, hər hansı bir addım atılmayıb.

Ümumiyyətlə planlanır?

"Hələ ki, yaxın vaxtda yox, ola bilər ki, il ərzində olsun"-deyə qurum nümayəndəsi bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO