Mərkəzi Misir ərəb respublikasında olan “Müsəlman qardaşlar” (İxvanul Müsəlimin) hərəkatının Suriya şöbəsi yeni liderini seçib.
Məlumata görə, Türkiyənin İstanbul şəhərində keçirilən qurultayda səs çoxluğu ilə Muhamməd Hikmət Valid seçilib.
Cüzi fərqlə seçkinin ikincisi olan Husam Qadban sədrin müavini təyin olunub.
Validin 4 il müddətə “Müsəlman Qardaşlar”a rəhbərlik edəcəyi bildirilir. (anspress)

































































































