Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Hazırda oxunan: Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

606169

Qubada 61 yaşlı kişi aptekə silahlı basqın edib.

Bizim.Media xəbər verir ki, rayonun Xucbala kənd sakini 1961-ci il təvəllüdlü Şabəddin İmanquliyev xəstəliyi ilə əlaqədar xəstəxanaya gedib və müalicə üçün resept yazdırıb.

Resepti alan Ş.İmanquliyev xəstəxanadan çıxarkən tanımadığı traktorçu ilə rastlaşıb. Traktor sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini saxlayıb, yaxınlıqdakı obyektlərdən birinə daxil olub.

Bundan istifadə edən Şabəddin traktoru hərəkətə gətirərək ərazidən uzaqlaşıb və rayon mərkəzi istiqamətində hərəkət etməyə başlayıb. O, Quba şəhərində polis əməkdaşları tərəfindən saxlanılsa da, onlara tabe olmayıb.

Ş.İmanquliyev traktoru saxlayıb və hadisə yerindən qaçıb. Bir neçə saat polisdən gizlənən Şabəddin yaxınlıqdakı aptekə daxil olub. Şabəddin həkimin yazdığı resepti aptekdə işləyən Rima Mərdanovaya verib, həmin dərmanları istəyib.

Aptekçi xanım reseptə uyğun dərmanları toplayıb Şabəddinə versə də, o, həmin dərmanların pulunu ödəməyib.

Xanım dərmanların pulunu tələb edəndə isə o, üzərində gəzdirdiyi bıçaqla qadına hücum edib. Həmin vaxt orada olan aptek rəhbəri hadisəyə müdaxilə edib, dərmanların pulunu tələb etsə də, Şabəddin dərmanların pulunu verməyib. O, aptek rəhbərini də bıçaqla hədələyib.

Hadisə yerinə polis əməkdaşları gəliblər, Ş.İmanquliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Ş.İmanquliyev 4 il 2 ay azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO