Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Hazırda oxunan: Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

606163

Sankt-Peterburqda yerləşən “Nikolskie ryadı” mehmanxana kompleksi təxminən 3 milyard rubla, yəni 65 milyon manata satılıb.

Bizim.Media xəbər verir ki, yeni sahiblər Milli Məclisin keçmiş deputatı, milyarder Asabil Qasımovla əlaqəli strukturlar olub.

Rusiya KİV-inin yazdığına görə, aktivin 60 faizi “Sanatoriy İstoçnik” MMC-yə, 40 faizi isə “Ekspo” MMC-yə keçib. Şirkətlər iş adamının ailə üzvlərinə – oğlu Taleh Qasımova və Şamama Qasımovaya məxsusdur.

Satıcı qismində “İmrixold Limited” MMC çıxış edib. Bildirilir ki, şirkət redomisiliasiyadan əvvəl VIYM fondu ilə əlaqəli eyniadlı Kipr strukturu tərəfindən idarə olunub.

Qeyd edək ki, Asabil Qasımov Stavropol diyarının kurort bazarında fəal fəaliyyət göstərən “Karat” holdinqinin sahibidir. Onun portfelinə Kislovodsk, Jeleznovodsk və Moskvada yerləşən sanatoriya və mehmanxana obyektləri, həmçinin 2019-cu ildə hərracda alınmış Kislovodskdakı tarixi sanatoriya daxildir.

“Nikolskie ryadı” XVIII əsrə aid tarixi ticarət və mehmanxana kompleksidir. Buraya beynəlxalq brendlərin gedişindən sonra da fəaliyyətini davam etdirən “Teatralnaya ploşad” və “Ekspress Sadovaya” hotelləri daxildir. (Minval.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO