Sosial şəbəkələri bürümüş əcaib trend – Bu səsləri çıxaranlar milyonlar qazanır – VİDEO

Sosial şəbəkələri bürümüş əcaib trend – Bu səsləri çıxaranlar milyonlar qazanır – VİDEO

Hazırda oxunan: Sosial şəbəkələri bürümüş əcaib trend – Bu səsləri çıxaranlar milyonlar qazanır – VİDEO

606159

Son illər sosial şəbəkələrdə trend olan və buna görə milyonlarla baxış qazandıran videolar var: bunlar ASMR-lərdir. Yəni, pıçıltı, xışıltısı, çırıltı, marçıltı, taqqıltı, qısası bildiyiniz hər cür səs... Kimisi üçün dərin rahatlıq, kimisi üçün isə anlaşılmaz həzz, kimisi üçün də qıcıq yaradır.

Bu əcaib səslərin arxasında nələr gizlənir?

ASMR (ing.Autonomous Sensory Meridian Response) – Avtonom Sensor Meridian Reaksiya.

Sözbəsöz açılışı isə belədir:

Avtonom
– Özünü idarə edən, muxtar,

Sensor – həssas, emosiyalara əsaslanan,

Meridian – Zirvə, kulminasiya,

Reaksiya – Xarici və daxili qıcıqlandırıcılara verilən cavab.

Əslində ta qədimdən bu yana ənənəsi olan bu səs toplusu 2007-ci ildən termin olaraq istifadə olunub.
 

İlk başda bir çoxları ASMR-nin eyforik və rahatlaşdırıcı, hətta cinsi həzz yaratması fikrini müdafiə etmişdilər. Amma 2010-cu ildən etibarən ASMR-nin cinsi təkliflə heç bir əlaqəsinin olmadığı qənaətinə gəldilər.


Xüsusilə, pıçıltı ilə danışmaq, kitab və ya jurnal vərəqləmək, xışıldadaraq konfet kağızı açmaq, dişləmək, çeynəmək, marçıldatmaq, uzun dırnaqlarla metal, taxta, plastik, üzərində tıqqıltı cıxarmaq, nəfəs və üfürmə səsləri ən geniş yayılmış növləridir.

Bütün bunlar bədəndə paresteziya olaraq adlandırılan qıcıqlanma hissi yaradır. Yəni baş, kürək və çiyin nahiyələrində qıcıqlanma yaranır, sonra ayaq barmaqlarında hiss olunur. Bu, insanda yuxunun gəlməsinə və insanın rahatlaşmasına səbəb olan bir hissdir.
 

Xüsusilə də, “TikTok” platforması yaradılandan sonra ASMR göstərən şəxslər, əsasən qadınlar canlı videolar və ya qısa çarxlar vasitəsilə milyonlarla izləyici topladı və onların arasında qısa müddətdə zənginləşənlər oldu.


ASMR-ləri nə qədər tərifləsələr də bu, hər kəs üçün uyğun deyil. Bəzi hallarda mənfi təsir göstərə bilər.

Əsasən həssas sinir sistemi olanlar xırda səslərə qarşı həddindən artıq dözümsüz olur. Bu cür səslər onlarda narahatlıq, əsəb və ya stress yarada bilər. Anksiyete, panik atak pozuntusu olanlar da bu səslərdən qıcıqlanırlar.

Digər tərəfdən ASMR bəzən diqqəti yayındırır iş və ya dərs zamanı məhsuldarlığı azalda bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO