İcra məmurları ilə bağlı yeni qaydalar...

İcra məmurları ilə bağlı yeni qaydalar...

Hazırda oxunan: İcra məmurları ilə bağlı yeni qaydalar...

606128

Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu Qayda Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydasını müəyyən edir.
 

İcra məmuru vəzifəsi üzrə qulluğa qəbul olmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, icra məmuru vəzifəsinə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir.


Müsabiqə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş qulluğa qəbulun şərtləri nəzərə alınmaqla keçirilir.

Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarətdir.

Müsabiqəyə Qanunla müəyyən edilmiş tələblərə cavab verən ali təhsilli şəxslər buraxılırlar.

Naxçıvan Muxtar Respublikasının ərazisində icra məmuru vəzifəsi üzrə qulluğa qəbul bu Qaydaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO