Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Hazırda oxunan: Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

606123

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Cəlilabad şəhəri Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1968-ci il təvəllüdlü Qurban Qasımov bıçaqlanıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.

Onu bıçaqlamaqda şübhəli bilinən şəxs Fərid Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Onların əmioğlu olduğu bildirilir.

Hadisə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bıçaqlanma səbəbilə 1968-ci il təvəllüdlü şəxs (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona sol budun ayrı-ayrı hissələrinin, sağ budun aşağı hissələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO