Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

Hazırda oxunan: Şəhid atası vəfat etdi - FOTO

606097

44 günlük Vətən müharibəsinin şəhidi Tofiq Əmirlinin atası, Müsavat Partiyasının Məclis üzvü Şəmsəddin Əmirli vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə “yenisabah.az”a onun yaxınları məlumat verib.

Ş.Əmirli uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Şəmsəddin Əmirlinin oğlu Tofiq Əmirli Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsində xidmət edib.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasında qəhrəmanlıq, igidlik, mərdlik və cəsarət nümayiş etdirib.

Gizir Tofiq Əmirli ölümündən sonra “Vətən uğrunda”, “Vətənə xidmətə görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO