Cəlilabadda qadın kommunal borca görə anası ilə dalaşıb, ona xəsarət yetirib.
Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, hadisə şəhərin M. Hüseyn küçəsindəki fərdi evlərin birində qeydə alınıb.
37 yaşlı Nailə Xələfova (ad və soyad şərtidir - red.) ilə anası arasında qaz sərfiyyatı borcu üstündə mübahisə yaranıb. Mübahisə zamanı Nailə hər iki əli ilə yapışaraq anasının qulaqlarını cırıb.
Zərərçəkənin polisə müraciətindən sonra Nailə saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs bildirib ki, 13 ildir həyat yoldaşından ayrılıb və 2 azyaşlı övladı və anası ilə birgə Cəlilabad şəhərində kirayədə yaşayır.
Zərərçəkən ana ifadəsində qızı ilə barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmadığını deyərək övladına cəza verilməməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Nailə Xələfova aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:16 / 09.04.2026
Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı
Hazırda oxunan: Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı
Hazırda oxunan: Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı
606095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































