Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Hazırda oxunan: Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

606094

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı yeni mərhələ müəyyənləşdirilib.

Bizim.Media xəbər verir ki, sözügedən xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçirilməsi planlaşdırılır.

Belə ki, Daxili İşlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə iyunun 1-dək xidmətlərin rəqəmsallaşdırılmasının mümkün mərhələlərini müəyyən etməli, bu istiqamətdə konseptual sənəd hazırlayaraq aidiyyəti üzrə təqdim etməlidir.

Həmçinin, iyulun 1-dək qeyd olunan xidmətlərin konseptual sənədə uyğun şəkildə rəqəmsallaşdırılması təmin olunacaq.

Bundan əlavə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə sentyabrın 15-dək xidmətlərin "mygov" platforması üzərindən istifadəyə verilməsini təmin etməlidir. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO