Bakıda kafenin icarədarı ofisiantı döyüb.
Bizim.Media xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən çay evlərindən birində qeydə alınıb.
Çay evində ofisiant işləyən şəxs kabinetdə obyektin 25 yaşlı icarədarı Fərid Ağayevdən (ad və soyad şərtidir) əmək haqqından qalan 114 manat borcu istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və ofisiant Fəridi söyüb.
Söyüşdən hiddətlənən Fərid yumruq və təpik zərbələri ilə işçisinin qollarına və ayağına zərbələr vurub. Nəticədə zərərçəkən bir sıra xəsarətlər alıb.
Faktla bağlı Fərid Ağayev saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənə vurduğu ziyanı ödədiyini və onunla barışdığını deyib. Zərərçəkən də həmçinin Fəridə qarşı şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və F. Ağayev məsuliyyətdən azad olunub. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:45 / 09.04.2026
Bakıda müdir maaşını istəyən işçisini döydü
Hazırda oxunan: Bakıda müdir maaşını istəyən işçisini döydü
Hazırda oxunan: Bakıda müdir maaşını istəyən işçisini döydü
606073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































