Yüksək gərginlikli elektrikə qoşulma haqqı dəyişə bilər – Yeni qaydalar

Yüksək gərginlikli elektrikə qoşulma haqqı dəyişə bilər – Yeni qaydalar

Hazırda oxunan: Yüksək gərginlikli elektrikə qoşulma haqqı dəyişə bilər – Yeni qaydalar

606064

Azərbaycanda enerji sektorunda tənzimləmələrin təkmilləşdirilməsi və xidmətlərin daha effektiv təşkili məqsədilə bir sıra normativ hüquqi dəyişikliklərin hazırlanması nəzərdə tutulur.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, tikinti obyektlərinin yüksək gərginlikli elektrik şəbəkəsinə qoşulma haqqının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq.

Bu istiqamətdə işləri "Azərişıq" ASC, Energetika Nazirliyi (Enerji Məsələlərini Tənzimləmə Agentliyi) və "Azərenerji" ASC həyata keçirəcək.

Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla elektrik doldurma məntəqələrində yanğın təhlükəsizliyi tələblərinin təkmilləşdirilməsi və bu sahədə normativ hüquqi bazanın gücləndirilməsi istiqamətində də təkliflərin hazırlanması planlaşdırılır.

Bu prosesdə Energetika Nazirliyi ilə yanaşı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və "Azərişıq" iştirak edəcək.

Eyni zamanda, qeyri-məişət kateqoriyası üzrə elektrik şəbəkəsinə qoşulmaq istəyənlər üçün yalnız elektron müraciət mexanizminin tətbiqi ilə bağlı normativ hüquqi bazanın gücləndirilməsi nəzərdə tutulur.

Bu tədbiri Energetika Nazirliyi və "Azərişığ"ın icra etməsi planlaşdırılır.

Qeyd olunan tədbirlərin müxtəlif mərhələlər üzrə bu ilin iyun, noyabr və dekabr aylarına qədər həyata keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO