Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hazırda oxunan: Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

605945

Sabah Yexlax rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.

Bizim.Media bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.
 

Məlumata görə, saat 10:00-dan İdarə qaz xətti üzərində quraşdırılmış qoruyucu klapanların alt hissəsində olan siyirtmələri üçgedişli kranla əvəz edəcək və bununla bağlı "Yeni Yevlax" qaz paylayıcısında təmir işləri aparacaq.


Odur ki, Yevlax şəhərinin Nizami prospekti, K.Sabitov, S.Vurğun, Dostluq, Zərdabi, Y.Yevlax, Q.Quliyev, İ.Dəmirov, F.X.Xoyski, Nərimanov, Cavanşir, Şadlınski, M.Hüseynzadə, M.Hüseyn, İnşaatçılar, R.Behbudov, Ş.Qurbanov, Vidadi, F.Kərimov, Əfəndiyev, Firdovsi, C.Cabarlı və M.Ə.Rəsulzadə küçələrində, rayonun Varvara, Balçılı, Salahlı, Səmədabad, Yeni Çobankərə, Ağqıraqlı, Cırdaxan və İsmayılabad kəndlərində qaz kəsiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO