DİQQƏT: Bu xəstəxanada sığorta hesabına estetik əməliyyatlar icra olunur

DİQQƏT: Bu xəstəxanada sığorta hesabına estetik əməliyyatlar icra olunur

Hazırda oxunan: DİQQƏT: Bu xəstəxanada sığorta hesabına estetik əməliyyatlar icra olunur

605940

Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında estetik əməliyyatlar da geniş şəkildə həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında canlı yayım zamanı Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov deyib.

O bildirib ki, bu əməliyyatlar daha çox insanın öz görünüşündən razı qalması və özünə inamının artması üçün edilir:

“Kinikada ən çox edilən estetik əməliyyatlar burun (rinoplastika), göz qapağı, qarın (abdominoplastika) piylərin götürülməsi (liposaksiya) süd vəzi əməliyyatlarıdır. Həmçinin, minimal prosedurlar olan iynə vasitəsilə edilən botoks və dolğularla qırışlar azaldılır və üzə daha təravətli görünüş verilir.Biz estetik əməliyyatlarda da çalışırıq ki, nəticə təbii görünsün və insanın özünə uyğun olsun, yəni süni dəyişikliklərdən uzaq dururuq.

Hədəf pasiyent auditoriyamız genişdir – həm sağlamlığını bərpa etmək istəyən pasiyentlər, həm də görünüşünü yaxşılaşdırmaq istəyən şəxslər bizə müraciət edə bilər. Amma bizim üçün tibbi zərurəti olan rekonstruktiv əməliyyatlar hər zaman daha ön plandadır”.

Dilqəm Məmmədov vurğulayıb ki, klinikasının əsas fəaliyyət istiqaməti ilk növbədə rekonstruktiv (bərpaedici) əməliyyatlardır:

“Məqsəd yalnız xarici görünüşü dəyişmək deyil, insanın zədələnmiş və ya itirilmiş bədən hissəsini mümkün qədər əvvəlki vəziyyətinə qaytarmaqdır. Rekonstruktiv əməliyyatlar əsasən qəza və travmalardan sonra alınan xəsarətlərlə bağlı aparılır.

 

Alınan travmalar nəticəsində üz, əl və ya bədənin başqa hissəsində deformasiya yaranarsa, biz həmin nahiyəni yenidən formalaşdırırıq. Yanıq hallarında sonra dəri büzüşür, hərəkət məhdudlaşa bilər. Bu zaman xüsusi əməliyyatlarla həm görünüş, həm də hərəkət funksiyası bərpa olunur. Onkoloji əməliyyatlardan sonra məsələn, süd vəzi xərçəngi səbəbilə döş götürüldükdən sonra yenidən formalaşdırılması (rekonstruksiya) aparılır ki, pasiyent həm fiziki, həm də psixoloji olaraq özünü daha yaxşı hiss etsin.


Anadangəlmə qüsurlar o cümlədən, dodaq-damaq yarığı kimi problemlər əməliyyatla düzəldilir və uşaq normal danışıq və qidalanma funksiyasına qovuşur. Mikrocərrahiyyə əməliyyatları, çox incə damar və sinirlərin bərpası aparılır”.

Baş həkim icbari tibbi sığortanın əsasən məhz bu cür zəruri rekonstruktiv əməliyyatları əhatə etdiyini, estetik məqsədli əməliyyatların isə hazırda bu paketə daxil olmadığını qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO